Şurada ölkəmizi mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Toplantıdan əvvəl TMİF-in sərgisi təşkil olunub və burada Fond tərəfindən nəşr olunmuş kitablar, tamamlanmış bərpa işlərindən ibarət fotosərgi nümayiş etdirilib.
Sonra Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti naziri cənab Mirbek Mambetaliev moderatorluğu ilə TMİF-in növbəti Şura iclası işə başlayıb.
Toplantıda çıxış edən fondun prezidenti Aktotı Raimkulova təşkilatın ötənilki fəaliyyətindən danışıb, 135-dən çox layihə və tədbirin reallaşdırıldığını vurğulayıb. Fondun rəhbəri qarşıda duran strateji hədəflərin əhəmiyyətini diqqətə çatdırıb.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev isə çıxışında fondun həyata keçirdiyi təşəbbüslərin türk xalqları arasında mədəni əməkdaşlığın genişlənməsinə və ortaq irsin qorunmasına mühüm töhfə verdiyini qeyd edib.
İclasda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanın TMİF ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirərək, ortaq layihələrin türk xalqlarının mədəni inteqrasiyasına, zəngin irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini vurğulayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


